"Lider TV”-nin "Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb
AZXEBER.COM-un məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Kamandar İbrahimov olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. İfaçı bildirib ki, zaman-zaman dost xəyanəti ilə üzləşib: "Bu həyatda dostlarım çox olub. Amma onların arasında məni unudanlar da çox oldu. Buna pis olmuram, Allaha şükür edirəm ki, yaxşı, sadiq dostlar da mənə qismət edib”.
Daha sonra ifaçı hazırkı dövrdə ona olan diqqətsizlikdən söhbət açıb: "Mən heç kimə deyə bilmərəm ki, məni efirə çağırın. Çağıran da sağ olsun, çağırmayan da”.
Qeyd edək ki, Verilişin bütöv hissəsinə aşağıdakı linkdə baxa bilərsiz.