Tanınmış vokal və estrada ifaçısı Lətifə Soyuöz növbəti klipini təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, ifaçı söz və musiqisi Günel Sərdarqızına məxsus olan “Hədəf” adlı mahnısına çəkilən klipinə təmtəraqlı təqdimat keçirib.Tədbirdə KİV nümayəndələri ilə yanaşı, şair Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudbəyov, bəstəkar Faiq Şücəddinov, xalq artisti Faiq Ağayev və teleaparıcı Afaq Gəncəli də iştirak edib.Klipin çəkilişləri Dövlət Filarmoniyası və Bakının Fatmayı kəndində yerləşən meşədə aparılıb. Üzərində ümumilikdə 60 nəfər yaradıcı heyətin çalışdığı klipi mini film də adlandırmaq olar.Klipin şüarı isə “Bəzən tutduğun əldir səni arxadan vuran” olub. Klipdə əsas qəhrəmanı Lətifə Özüsoy olub:“Dost cərgəsində gördüklərimin mənə qarşı oynamasını şahmat lövhəsində bütünləşdirmişik”.Aranjemanını Yaşar Baxışın etdiyi “Hədəf”də Lətifə modelyer Renat Ramazanovun tikdiyi geyimlərdə kameralar qarşısına keçib. “Make-up” isə Aylaya məxsusdur. Klipin baş operatoru Rza Əsgərovdur.