Azərbaycanlı müğənni 'yol terrroru'na qarşı - FOTOLAR

MAQAZİN
12:13 23.04.2013
2993
Azərbaycanlı gənc müğənni Günay İbrahimli maraqlı sosial layihəyə imza atıb.
AZXEBER.COM-un məlumatına görə, "Təhlükəsiz Yol" adlanan sosial layihənin məqsədi sürücülərin və piyadaların diqqətini mövcud problemə cəlb etmək olub.
"Son vaxtlar yol-hərəkəti qaydalarının pozulması nəticəsində çoxsaylı qəzalar baş verir, ölüm və xəsarət halları qeydə alınır. Əgər sürücülər və piyadalar yol hərəkəti qaydalarına daha həssas yanaşsalar, bu faciələrin çoxundan qaçmaq olar."- deyə sosial şəbəkənin yaydığı məlumatda bildirilir.
Müğənni paytaxtın müxtəlif küçə və prospektlərində hərəkətin gur vaxtlarında fotosessiya təşkil edib.
Qeyd edə ki, bu sosial layihə "BitaLife.com" şəbəkəsi tərəfindən təşkil olunub.AZXEBER.COM olaraq həmin fotolardan bəzi seçmələri sizlərə təqdim edirik.
Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR