Azərbaycanlı müğənni özünü 100 minə sığortaladı - FOTO

MAQAZİN
10:21 24.01.2014
2020
Müğənni Günay İbrahimli həyatını sığorta etdirib.

Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən Günay təklifi sığorta şirkəti tərəfindən aldığını bildirib:

“Təklif sığorta şirkətindən gəldi. Həmin insanların məclisində çıxış etmişdim. Onlarda ifamı bəyənmişdilər. İnsanın həyatda başına hər iş gələ bilər. Sabahımızdan əmin deyilik. Buna görə də təklifi məmnuniyyətlə qəbul etdim. Artıq həyatım sığortalanıb, nəsə baş versə, mənə 100 min manat ödəniləcək”.

Günayın imza atarkən çəkilən özəl fotolarını təqdim edirik.

OXŞAR XƏBƏRLƏR