Bir müddət öncə Səməd Səmədov Kəlbəcərlə Kaliforniyanı səhv saldı, daha sonra Günay İbrahimli Füzulinin işğal günü çalıb-oynadı, Məleykə Əsədova Şuşann işğal gününü unutdu.
Bu azmış kimi bu günlərdə sosial şəbəkələrdə müğənni Nadir Qafarzadənin Xocalı ilə bağlı dediyi sözlər yenidən gündəmə gəlib.
2 il öncə ANS Telekanalında çıxışı zamanı Nadir Qafarzadə Azerbaycan xalqının qeyrətini Qarabağla birlikdə itirdiyini dilə gətirib. Həmçinin bu torpaqda yaşayıb bu torpağın çörəyini yeyən müğənni Xocalı soyqırımını belə qəbul etmədiyini onlar üçün yas saxlamayacağını bildirdi.
Verilişdə iştirak edən tamaşaçılara : “Sən yas saxlayarsan, mən yas saxlamıram. Xeyir ola mən bütün günü yas saxlamalıyam? sözlərini deyib.
Müğənni daha sonra davam edib: ”Mən anamı saat 5-də qəbrə qoymuşam saat 7-də gedib toyda oxumuşam”
Hər halda anası üçün yas saxlamqdansa gedib toyda oxuyub pul qazanmağı üstün tutan adamdan yalnız bu sözləri gözləmək olardı. Bu sözlər torpaq uğrunda ölən şəhidlərimizə ən ağır təhqirdir
Bir çox ölkələrin tanıdığı Xocalı Soyqırımını matəm günü olaraq Nadir Qafarzadə qəbul etmir .Biz buna ad qoymaq istəmirik və hörmətli oxucularımızdan buna daha layiqli ad qoymağı gözləyirik.
Ümid edirik ki, müğənnilərimizin bu özbaşınalığına dur deyən tapılacaq. Xalqın cibinə girərək pul qazanan bu müğənnilər xalqın acısını paylaşmağı öyrənsə yaxşı olar.
Makaveli, AZXEBER.COM