Hər zaman gündəmdə qalmağa çalışan şou-biznes nümayəndələri müxtəlif yaradıcılıq işlərinə, geyimlərinə, avtomobillərinə, evlərinə və bu kimi digər amillərə görə diqqəti cəlb etməyə çalışırlar.
Şou-biznes nümayəndələrinin ən bahalı mahnısını müəyyən etmək üçün müğənnilər arasında sorğu keçirilib. Onlara ünvanlanan suallar bunlardır: "Ən bahalı mahnınızı bəstəkardan neçəyə almısınız?", "Hit mahnılarınız varmı?", "Bu mahnıların maddi baxımdan bəhrəsini görmüsünüzmü?"Azərbaycanın xalq artisti Yalçın Rzazadə:"Həyatımda heç vaxt pulla yaradıcı məhsulu nə satmışam, nə almışam. Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov, Kamal və başqa bəstəkarların bəstələrinə heç vaxt pul verməmişəm. Onlar da belə bir tələbdə olmayıblar. İfa etdiyim mahnılar 20 ildən çox müddət ərzində dinlənirsə, sevilirsə, bu, ən bahalı mahnı hesab olunur, daha doğrusu, bu mahnılar qiymətsizdir."Dədə Qorqud", "Gün keçdi", "Baladadaşın ilk məhəbbəti" və başqa filmlərdə ifa etdiyim mahnılar hit deyilmi? Bu mahnılar bu gün də çox dinlənilir. İfa etdiyim mahnıların nəticəsində maddi baxımdan heç bir xeyrim olmayıb. Soyutma kartof yemişəm, amma sənətimdən dönməmişəm. Maddi vəziyyətimi güdməmişəm".Müğənni Arzu Rzayev:"Bu günə qədər heç bir mahnıya pul verməmişəm.Mahnılarımın hitə çevrilib-çevrilmədiyini dinləyicilər deyə bilərlər. Yəqin, hitə çevrilib ki, dünyada dinlənilir də. 1994-cü ildə ifa etdiyim "Can Bakı", "Nərminə", "Kaspiyskaya volna" və s. (bəstəkar Elçin İmanovun mahnıları) hit sayıla bilər.O vaxtlar xeyri fikirləşmirdik. Əgər iş görürsənsə, onun xeyri olmalıdır. Xeyrim olub" (gülür).Müğənni Elariz Məmmədoğlu:"Ən bahalı mahnım, sözləri və musiqisi Behbud Kərimovun müəllifi olduğu "Doroqa" olub. Rejissor Şahin Zəkizadə həmin mahnıya klip çəkib. Bu klip də çox yüksək məbləğə başa gəlib."Abşeron torpağı", "Tup-tup", "Hara getsəm", "Gəl, sevimli yar" və başqa mahnılarım da hitdir.Maddi baxımdan elə də xeyirli olmayıb. Amma müğənni gündəmdə qalmaqdan ötrü həmişə çalışmalıdır. Elə müğənnilər var ki, çalışırlar, amma gündəmdə qala bilmirlər. Elariz Məmmədoğlu isə gündəmdədir. Çünki konsertlərə, el şənliklərinə dəvət alıram".Müğənni və bəstəkar Cabbar Musayev:"Yeganə bəstəkar mənəm ki, mahnı satmağa ehtiyacım olmayıb. Ümumiyyətlə, mahnı satmamışam. Çünki pulumu toylardan qazanmıram. Mahnılarımın qiymətini də bilmirəm. Heç bir müğənni deyə bilməz ki, Cabbar müəllim mənə pulla mahnı satıb. Müğənni olmadığım üçün də mahnı almıram. Hərdən olub ki, öz mahnımı Nazpəri xanımla, Könül xanımla duet oxumuşam."Durna teli", "Bəyaz gecələr", "Başqa birisini sevə bilmərəm", "Nə olar, Allahım, ayırma bizi" və başqa mahnılarım hitdir. Qazancım isə toylardandır".Müğənni Vüqar Muradov:"Bu günə qədər mahnılara qətiyyən pul verməmişəm.Hit olmasa da, yaxşıları olub. "Tilsim", "Ballı balam", "Öpüm səni" mahnıları buna bir nümunədir.Maddi baxımdan bunun heç bir nəticəsini görmürəm. Qazancım olmayıb".Müğənni Lamiyə Novruzova:"Yaradıcılıq işlərimə başlayandan müqavilə ilə çalışıram. Bunun üçün də hələlik mahnıya pul xərcləməmişəm."Bilirəm, gələn deyilsən" mahnım hit sayılır.Mahnılarıma görə qazancım olur. Bunun bəhrəsini görürəm".Müğənni Rüstəm Zeynallı:"Ümumiyyətlə, pulla mahnı almamışam. Aygün Səmədzadənin mahnılarını oxumuşam və bu mahnılar hitdir.Maddi baxımdan onun bəhrəsini görməmişəm".Müğənni Sevinc Musayeva:"Pulla mahnı almamışam. Amma 4 il əvvəl, 800 dollara mahnı almışdım. Aranjman işləri də bu qiymətə daxil idi. Mahnının musiqisi Yalçın Məlikov, sözləri bacım Aygün Musayevaya məxsusdur.Hamı məni "Bilə-bilə" mahnısı ilə tanıdı. Bu mahnı hit oldu.Qazanc baxımından heç bir xeyir görmürəm. Amma televiziya verilişlərinə mahnılarıma görə dəvət edirlər. Pul qazanmaq üçün gərək bir az "bozbaş" olasan. Bu da mənlik deyil".