Azərbaycanlı müğənnini ölümlə hədələdilər

Azərbaycanlı müğənnini ölümlə hədələdilər
10:29 12.03.2013
1073

Gənc bəstəkar-müğənni Ramal Əsədzadə şok yaradacaq bir açıqlama ilə çıxış edib.

Müğənni bildirib ki, bir neçə ay bundan öncə təqdim etdiyi “Qayıtsın zaman” mahnısının ucbatından təhdid olunur:“Bu mahnı həqiqətən mənə uğur gətirdi. Amma onu yenidən oxumaq istəyənlər də var. Onlardan hətta biri rədd cavabı aldığı üçün məni təhdid də edir. O gündən bu günə bu müğənni məni gah döydürmək, gah da öldürtməklə hədələyir. Amma mən belə şeylərdən qorxmuram və mahnımı heç kimə vermək fikrində deyiləm” – deyə, Ramal Əsədzadə bildirdi.

OXŞAR XƏBƏRLƏR