Müğənni Zarina Məmmədovanın avtomobili bu gün səhər saatlarında yanıb.
Müğənninin mətbuat sözçüsü Türkan Məmmədlinin Gün.Az-a verdiyi məlumata əsasən, “Toyota RAV4” markalı avtomobil tamamilə yanaraq, sıradan çıxıb:
“Bu gün səhər 04:00 radələrində Zarina yatan zaman maşın yanıb. Onun hadisədən xəbəri olmayıb. Maşının qiyməti təxminən 40 minə yaxın olardı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalar aparılır. Düşünürük ki, Zarinaya göz dəyib”.