Azərbaycanlı müğənninin həmkarları onun evinə basqın etdi - FOTOLAR

Azərbaycanlı müğənninin həmkarları onun evinə basqın etdi - FOTOLAR
13:56 19.03.2013
2905
Bayram günləri başlayar-başlamaz müğənni İlahə İbadovanın mənzili sözün əsl mənasında həmkarlarının basqınına məruz qalıb.AZXEBER.COM-un məlumatına görə, sənətçinin dostluq etdiyi həmkarları Novruz bayramını bəhanə edib həm qapısına papaq atırlar, həm də hazırladığı bayram sovqatından dadmaq üçün qonaq olurlar. Bir sözlə, İlahənin qapısı və süfrəsi həmkarlarının üzünə açıq olub.Müğənnilər Günay İbrahimli, Humay Qədimova, Eldəniz Zeynalov və Rövşən Əzizin üzünə qapısını açan sənətçi həmkarları ilə birlikdə bolluca oxuyub, şənləniblər.Hələ bu azmış kimi bayram əhval-ruhiyyəsində olan sənətçilər gedərkən İlahənin bişirib süfrəyə düzdüyü bayram şirniyatlarını özləri ilə aparıblar.Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR