Müğənni Cavid Hüseynin səsi tutulub. Bu barədə Muz Tv-yə sənətçi özü məlumat verib. Onun sözlərinə görə, artıq həkimə müraciət edib və müalicə alır. Yaranan problemlər müğənninin bütün planlarının üstündən xətt çəkib. Tələbələri ilə konsert vermək istəyən Cavid Hüseyn layihəni təxirə salmalı olub. Bunun səbəbini açıqlayan sənətçi: “Ölkənin bir çox şəhərlərində tələbələrimlə birgə konsert verəcəyəm.Tədbir təxminən oktyabrda baş tutacaq” – deyə vurğulayıb.