Eldənizin təqdimatında “ Gecənin yarı”nın ikinci buraxılışı da maraqlı anlarla yadda qalıb.AZXEBER.COM-un məlumatına görə, verilişin budəfəki, qonaqları müğənni Lətifə Soyuöz, Vüsal Hacıyev və Nicat Məmmədov olublar.Veriliş ərzində gözəl ifaları ilə tamaşaçıların könlünü oxşayan Lətifə xanım, yeni hədəflərindən də danışıb. Gənc müğənni Vüsal Hacıyev də maraqlı açıqlamaları ilə izləyicilərin marağına səbəb olub. Nicat Məmmədov isə nəinki mahnıları, həm də eşitdiyi etirafla diqqət çəkib.Belə ki, Oğuzdan zəng vuran xanım tamaşaçı canlı yayımda Nicata sevgi etirafı edib. Nicat isə xanıma sadəcə “Sağ olun”- deməklə kifayətləndi.Yəqin ki, müğənni artıq qəlbinin sahibini tapıb.Verilişin növbəti buraxılışı 20 aprel, axsam saat 00:00-da yayımlanacaq.Qeyd edək ki, “Gecənin yarı” verilişinin ötən buraxılışında gənc müğənni və aparıcı Eldəniz İsrailova sevgi etirafı edilmişdi.Verilişin informasiya dəstəyi AZXEBER.COM-dur.Ozal İbrahimli