Azərbaycanlı müğənniyə ərindən sürpriz - FOTO

Azərbaycanlı müğənniyə ərindən sürpriz - FOTO
ŞOU-BİZNES
14:02 10.06.2014
9791
Son günlər məşhurların doğum günləri ard-arda gəlir. Sosial şəbəkələrdən də göründüyü kimi şou biznesin simaları hər axşam bir dostlarının ad gününü qeyd edirlər.
ANS PRESS-in məlumatına görə, bu gün isə müğənni Gülay Zeynallının ad günüdür. Ötən gün ifaçı Kərim Abbasovun şad günündə həyat yoldaşı ilə iştirak edən Gülayı evinə girən kimi sürpriz gözləyib.
Gənc müğənnini təbrik təbrik edən həyat yoldaşı, idmançı Kamil Zeynallı olub. O, gecəyarısı evini güllər, ləçəklər və romantik şamlarla bəzəyərək, Gülaya unudulmaz gecə yaşadıb.
Bu barədə şəxsi İnstagram səhifəsində məlumat paylaşan G. Zeynalova maraqlı şərh bildirib: “Kamilin mənə məndən xəbərsiz olan sürprizi. Kaş hər gün bu sürpriz ola. Canım, ürəyim çox sağ ol” sözlərini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR