Azərbaycanlı müğənniyə görə İstanbul körpüsünü bağlatdıracaqlar - VİDEO

MƏDƏNİYYƏT
18:31 28.01.2013
1624
Xalq artisti Flora Kərimovanın duet ortağı, gənc müğənni Rövşən Civişovdan xəbər var.AZXEBER.COM-un məlumatına görə, ifaçı “Bəxt ulduzum” adlı mahnısını (söz: Camal, mus: Esmiralda) ekranlaşdırır. Rövşən klipi Türkiyənin məşhur rejissoruna çəkdirəcək.Müğənni təklifin rejissorun özündən gəldiyini deyir: "Məşhur türk ifaçı Teomanın “Bayraqlar” adlı mahnısını ekranlaşdıran rejissor Efe Doğan mahnımı dinləyib və şəxsi istəyi ilə mahnıya klip çəkəcəyini söyləyib. Efe hətta deyir ki, İstanbul körpüsünü belə bağlatdırıb, çəkiliş aparacaq. Təmənnasız çəkilən klip yay aylarına qədər hazır olacaq”.Rövşən onu da açıqladı ki, yenicə hazır olan və işıq üzü görən mahnı artıq mükafata belə layiq görülüb: “Bu yaxınlarda Bolqarıstanda 21 ölkə arasında keçirilən müsabiqədə iştirak etdim, məhz bu yeni mahnımla. Müsabiqənin ən nüfuzlu mükafatına layiq görüldüm. Mahnını bəyənən münsiflər heyəti mənə ən istedadlı, uğurlu və orijinal mükafat təqdim etdilər”.

OXŞAR XƏBƏRLƏR