Azərbaycanlı müğənniyə küçənin ortasında hücum edildi
MAQAZİN
14:53 30.10.2012
2715
Müğənni Rəqsanə keçənin ortasında hücuma məruz qalıb. Müğənni özü bu barədə məlumat verib. Onun sözlərinə görə, hadisə Nərimanov rayonu Ağa Nemətulla küçəsində, Vergilər Departamentinin yaxınlığında baş verib.“Bu gün məni Nərimanov rayon Məhkəməsinə Faiq Azayevlə bağlı çağırmışdılar. Mən zərərçəkmiş qismində izahat yazdım. Məhkəmədən çıxanda Faiq Azayev məni izlədi və Vergilər Departamentinin qarşısında maşımın qabağında avtomobilini saxladı. Sonra da, maşından düşərək məni küçənin ortasında söyməyə başladı. Daha sonra avtomobilimi təpiklədi, yumruqladı və cızdı”.Müğənni artıq baş verən hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət etdiyini bildirib. Bölmədən verilən məlumata görə, müğənni onlara hadisə ilə əlaqədar şikayət bildirib. “Rəqsanə xanım izahatını verdikdən sonra, bu barədə lazımı ölçü götürüləcək”, - deyə polis bölməsindən bildiriblər.