Həkimə qarın ağrısı ilə getdi - rekord sayda öd daşı aşkarlandı

Həkimə qarın ağrısı ilə getdi - rekord sayda öd daşı aşkarlandı
DÜNYA
15:49 14.04.2026
322
Türkiyənin Bingöl şəhərində yerləşən xəstəxanada nadir tibbi hadisə qeydə alınıb.

AZXEBER.COM xaricimətbuata istinadən xəbər verir ki, qarın ağrısı və həzm problemləri ilə xəstəxanaya müraciət edən S.T.-yə ağır öd daşı yığılması diaqnozu qoyulub və cərrahi əməliyyata alınması qərara alınıb. Həkimlər tərəfindən minimal invaziv üsulla həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Əməliyyat zamanı xəstənin öd kisəsindən ümumilikdə 2067 ədəd öd daşı çıxarılıb. Həkimlər bu qədər çox sayda öd daşının olduqca nadir hal olduğunu bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, belə hallar adətən uzun müddət müalicə olunmayan öd kisəsi xəstəlikləri nəticəsində yaranır. Qeyd olunub ki, vaxtında müdaxilə edilməzsə, öd daşları ciddi infeksiyalara, öd yollarının tutulmasına və pankreatit kimi həyati təhlükəli fəsadlara səbəb ola bilər.

Uğurlu əməliyyatdan sonra xəstənin vəziyyəti stabilləşib və o, sağalaraq evə buraxılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR