ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir

ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir
DÜNYA
07:53 04.11.2026
144
ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Konqresə aralıq seçkilərdə liderlik edirlər.

AZXEBER.COM-un "Associated Press"ə (AP) istinadən məlumatına görə, demokratlar hazırda Nümayəndələr Palatasında 77 yer, respublikaçılar isə 40 yer qazanıblar.

Demokratlar həmçinin qubernator vəzifələri uğrunda yarışlarda əsas rəqiblərini məğlub edirlər. Belə ki, materiallar dərc edildiyi vaxta qədər demokrat namizədlər 15 ştatda qalib gəliblər, respublikaçılar isə cəmi 10 ştatda seçiliblər.

ABŞ Senatında demokratlar 45 yerə, respublikaçılar isə 35 yerə sahibdirlər.
OXŞAR XƏBƏRLƏR