Azərbaycanlı "Muhteşem Yüzyıl"ı məhkəməyə verir - FOTO

DÜNYA
12:28 16.12.2013
2416

Əsli-kökü Azərbaycandan olan türk Məhbub Əmrahi Türkiyədə istehsalı olan və dünyanın 50-yə yaxın ölkəsində yayımlanan “Muhteşem Yüzyıl” serialı ilə əlaqədar Ankara Respublika Prokurorluğuna ittiham ərizəsi ilə müraciət edib.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, məktubda qeyd olunduğuna əsasən, serialın 115-ci bölümündə Səfəvi dövlətinin fars dövləti olması ilə bağlı aparılan dialoqlar yanlışdır.Məhbub Əmrahi məktubunda Səfəvilərin əslində ələvi (şiə) və türk olduğunu qeyd edərək, serialı çəkənlərin səhvə yol verdiklərini bəyan edib və onları tarixi faktları təhrif etməkdə günahlandırıb. M.Əmrahi prokurorluqdan sözügedən məsələ ilə bağlı cinayət işi açılmasını xahiş edib.“Serialın 11 dekabr 2013-cü ildə yayımlanan 115-ci bölümündə Səfəvilər dövləti açıq-aşkar şəkildə fars dövləti kimi qələmə verilib və xalqımın tarixi keçmişi inkar olunub və təhqirə məruz qalıb. Türk əsilli İran azərbaycanlısı kimi, serialı istehsal edən firmadan şikayət etdiyimi bildirirəm” – Hacettepe Universitetində diş həkimi işləyən M.Əmrahi məktubunda yazıb.

Bu barədə Məhbub Əmrahi özünün Facebook-dakı profilində də status yazıb və məsələni ictimaiyyətə açıqlamağa çalışıb (https://www.facebook.com/guneyli.alpay).Məsələ ilə bağlı araşdırma gedir.

OXŞAR XƏBƏRLƏR