Azərbaycanlı polisə rüşvət verdiyinə görə tutuldu

DÜNYA
19:00 04.06.2015
2122
Məhkəmə hökm çıxarıb.
48 yaşlı Azərbaycan vətəndaşı Rusiya Federasiyası CM-nin m.30.b.3, m.291.b.3 üzrə (rüşvət verməyə cəhd) təqsirli bilinib.
Rusiya İstintaq Komitəsi Pskov vilayəti üzrə İstintaq idarəsinin Pskov rayonlararası istintaq şöbəsindən verilən məlumata əsasən, məhkəmə təqdim edilən dəlilləri hökm çıxarmaq üçün məqbul hesab edib.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Müəyyən edilib ki, mart ayının 26-da Peçora-Starı İzborsk yolunda inspektor cinayətkarı yol hərəkət qaydalarını pozduğu üçün saxlayıb. Qayda pozuntusunu müəyyənləşdirən zaman o, polisə min rubl məbləğində rüşvət verməyə çalışıb.
Məhkəmənin qərarı ilə o, 25 min rubl məbləğində cərimə ödəməlidir.
OXŞAR XƏBƏRLƏR