Azərbaycanlı politoloqun ailəsində bədbəxt hadisə – Qızı eyvandan yıxıldı

SOSİAL
17:56 02.09.2016
2704
Politoloq Fərhad Mehdiyevin ailəsində bədbəxt hadisə baş verib.
AZXEBER.COM  xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb. F. Mehdiyev bildirib ki, qızı eyvandan yıxılıb və hazırda vəziyyəti ağırdır: “Balaca qızım 2-ci mərtəbədən yıxılıb. Vəziyyəti ağırdır. Respublika Diaqnostika Mərkəzinə gətirmişəm. Burda ona baxacaq həkim yoxdur. 103-ə zəng edirik gəlsinlər başqa yerə aparsınlar. Bu da RDM, bu da səhiyyənin vəziyyəti”.
OXŞAR XƏBƏRLƏR