Azərbaycanlı qadın 8 mart günü Türkiyədə güllələndi - VİDEO

Azərbaycanlı qadın 8 mart günü Türkiyədə güllələndi - VİDEO
Bütün Xəbərlər
11:47 09.03.2012
1620

Türkiyədə ərdə olan azərbaycanlı qadının vətəninə qayıtmaq istəməsi ona həyatı bahasına başa gəlib.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən gecə İstanbul Pendik rayonunun Kurtköy məhəlləsində ailə münaqişəsi zəminində baş verib.

Məlumata görə, ailə həyatında problemlər yaşayan 40 yaşlı Diyar Bengitay 3 övladını ərinin yanında qoyaraq Azərbaycana qayıtmaq istəyib. Bu məqsədlə evdən qaçan qadın məhəllədəki tibb mərkəzinə gedərək gecələmək üçün mərkəz əməkdaşından icazə istəyib. Bir müddət sonra Diyar Bengitayın ərinin qohumu tibb mərkəzinə gələrək qəbul otağındakı stullarda gecələməyə çalışan qadını 4 yerindən güllələyib. Həkimlərin dərhal müdaxiləsinə baxmayaraq, Diyar Bengitayın həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən Öner Bengitayın cibindən isə onun psixi vəziyyətinin 70 faiz normal olmaması barədə arayış çıxıb. Öner Bengitay polisə verdiyi ifadədə qadının ona böhtan atdığını iddia edib. Polis isə qatilin cinayətə sövq edilib-edilməməsini araşdırır.
OXŞAR XƏBƏRLƏR