Azərbaycanlı qadın ərini çaydanla döydü

Azərbaycanlı qadın ərini çaydanla döydü
17:42 12.02.2013
1486
Türkiyədə Azərbaycan əsilli qadın ərini şiddətə məruz qoyub.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Trabzonda 34 yaşlı Təranə E. adlı qadın ərinin ona başqa bir qadınla xəyanət etdiyindən şübhələnib. O,35 yaşlı ərinin başına çaydanla vuraraq onu yaralayıb.Bundan sonra kişi 4 il öncə evləndiyi arvadı ilə ayrı yaşamağa başlayıb. Təranə E. bu dəfə isə ərinin yaşadığı evi yandırıb. Kadir E.adlının kişinin polisə müraciətindən sonra azərbaycanlı qadın 8 ay azadlıqdan məhrum edilib və 3 min lirə (təqribən 1500 manat) cərimə edilib.
OXŞAR XƏBƏRLƏR