Türkiyədə iki azyaşlı uşağını döyən azərbaycanlı qadın həbs olunub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, polis İzmirdə yaşayan 28 yaşlı Vüsalə N. adlı qadının uşaqlarını döyməsi ilə bağlı məlumat alıblar. Məlumat əsasında qadın və əri saxlanılıb. Müayinə zamanı 4 və 6 yaşlarında olan qız uşaqlarının döyüldüyü təsdiqlənib.
Ana həbs olunub, ögey atanın isə günahı olmadığı təsdiqlənib. Qadının fiziki şiddətinə məruz qalan qızlar isə uşaqlar evinə təhvil veriliblər.