Azərbaycanlı qadın qohumunu sulfat turşusu ilə yandırıb qaçdı

SOSİAL
12:08 07.07.2016
1553
Başqırdıstanda azərbaycanlı qadın yaxın qohumunun üzünə sulfat turşusu tökərək yandırıb.
Hadisə Ufa şəhərində iyulun 2-də baş verib.
28 yaşlı azərbaycanlı Laura Babayeva 26 yaşlı qohumunun evinə gələrək onun üzərinə sulfat turşusunu atıb. Nəticədə qızın bədəninin 68%-i yanıb. Təcili xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyəti ağırdır.
Başqırd hüquq-mühafizə orqanları hadisəni törədən L. Babayevanın axtarışlarına başlayıb. O, "öldürməyə cəhd" maddəsi ilə ittiham olunur.
///Virtualaz.org
OXŞAR XƏBƏRLƏR