13:22 çərşənbə Axşamı, 23 Oktyabr 2018
KRİMİNAL

Azərbaycanlı “qanuni oğru” azadlıqda - Lənkəranskinin yaxın adamı olub

21:59, 08.10.20185595
Azərbaycanlı “qanuni oğru” azadlıqda - Lənkəranskinin yaxın adamı olub
Mərhum "qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) yaxın adamı, kriminal aləmdə "Zaur Naxçıvanski” adı ilə məşhur olan, 32 yaşlı azərbaycanlı "kriminal avtoritet” Zaur Şipilov azadlığa buraxılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Şipilov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, 2006-cı ilin aprelində Moskvada "qanuni oğru” Hikmət Muxtarovla (Sabirabadlı Hikmət) birlikdə güllələnmiş kriminal avtoritet Bayram Talıbovun oğludur. Şipilov 2013-cü ilin iyulunda Türkiyədə "taclandırılıb”.

"Naxçıvanski” 2015-ci ilin oktyabrında Moskvanın Çertanovo rayonundakı "Çayxana” restoranında Rusiya DİN Cinayət-axtarış Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi baxış keçirilən zaman "qanuni oğru”nun üzərində böyük miqdarda heroin aşkarlanıb.
XƏBƏR LENTİ