Azərbaycanlı "qanuni oğru" "Galendewagen"də saxlanıldı

KRİMİNAL
16:02 07.04.2014
4358

Onun saxlanılması üçün əməliyyat Pulkovo şossesində keçirilib

Sankt-Peterburqda azərbaycanlı “vor zakon”, “Albert Gəncinski” ləqəbli Əli Heydərov saxlanılıb.
Onun saxlanılması üçün əməliyyat Pulkovo şossesində keçirilib.
“Vor zakon”un “Mercedes Galendewagen” avtomobilinin salonunda yaxalandığı bildirilir. Əməliyyatın avtomobilin sürücüsünə qarşı keçirildiyi bildirilir. Adı açıqlanmayan sürücünün saxlanılması soyğunçuluq ittihamı ilə qaldırılmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib.
İstintaqın versiyasına görə, bir il əvvəl avtomobilin sürücüsü Peterburq biznesmenlərindən birindən zorla 1,8 milyon rubl alıb. Avtomobildə sürücüdən başqa daha üç nəfər həbs olunub və onlardan biri də “Albert Gəncinski” kimi tanınan “vor zakon”dur.
Avtomobilin salonunda Özbəkistan vətəndaşının adına verilmiş, ancaq üzərində “vor zakon”un şəkli yapışdırılmış pasport aşkar olunub.
Həmçinin maşında silah aşkarlanıb. “Gelandewagen”in sürücüsünə qarşı soyğunçuluq maddəsi üzrə ittiham irəli sürülüb, “Albert Gəncinski”nin və digər saxlanılanların barəsində əməliyyat tədbirləri davam edir.
Xatırladaq ki, bu günlərdə Sankt-Peterburq polisi “Albert Gəncinski”yə sui-qəsd təşkil etməyə hazırlaşan iki killerin həbs olunduğunu açıqlamışdı. Daha sonra ötən həftə Moskvada bu sui-qəsdin təşkilatçısı olan İlham Hacıyev həbs olunmuşdu. O, “Lotu Quli” kimi tanınan məşhur avtoritetin qardaşının qohumudur.(Milli.az)

OXŞAR XƏBƏRLƏR