Azərbaycanlı “qanuni oğru” saxlanıldı

KRİMİNAL
11:09 27.09.2016
10838
Dünən gecə Moskvanın "1905-ci il” küçəsində yerləşən "Naş dvor” restoranında azərbaycanlı "qanuni oğru” Taleh Dağlıyev saxlanılıb.
 
Məlumata görə, kriminal aləmdə "Tolik Noqinski” kimi tanınan Dağlıyevin üstündən narkotik maddə götürülüb. 32 yaşlı Dağlıyev iki il əvvəl taclandırılıb. O, əslən Bakıdandır, Maştağa qəsəbəsində anadan olub. Onun taclandırılmasında "Blondin”, "Puxlıy”, "Zabava”, "Sirkaç” kimi tanınmış oğrular iştirak edib.
 
Lent.az

OXŞAR XƏBƏRLƏR