Bütün bunların cavabı olaraq “Vaxa” öldürülüb.
Odessada “Veçerni Baku” restoranında “Vaxa” ləqəbi ilə tanınan 39 yaşlı keçmiş azərbaycanlı “qanuni oğru” Baxış Əliyev dəfn olunub.
AZXEBER.COM Anspress-ə istinadən xəbər verir ki, “Vaxa”nın dəfn olunmasından sonra hüquq-mühafizə orqanları cinayəti araşdıran zaman maraqlı məsələlər üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, cinayətdə kriminal aləmdə tanınan “Albert Gəncinski” ləqəbli Əli Heydərov və “Lotu Quli” ləqəbli Nadir Sələfovun da adları hallanır.
Məlum olub ki, “qanuni oğru”lar arasında müharibə 2013-cü ilin sonunda, bazarda yığılan xərac üstündə başlayıb.
“Qanuni oğru”lar arasında müharibədə Baxış Əliyev kriminal qanunla “Lotu Quli”yə uduzub. Lakin “Vaxa” məğlubiyyətini qəbul etməyib və müharibəni kriminal aləmdə qəbul olunmayan üsullarla davam etdirib. Nəticədə aprelin 7-də onu Odessada güllələyiblər.
Qeyd edək ki, Baxış Əliyevin əli ilə hüquq-mühafizə orqanları mart ayında Sankt-Peterburqda “Albert Gəncinski” ləqəbli Əli Heydərovu tutublar. Daha sonra “Lotu Quli”nin “sağ əli” sayılan İlham Hacıyev Moskvada saxlanılıb. Bütün bunların cavabı olaraq “Vaxa” öldürülüb.