Qardaşını ürəyindən güllələdi - AİLƏ FACİƏSİ

KRİMİNAL
18:02 16.12.2017
6386
Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.
 
AZXEBER.COM APA- ya istinadən xəbər verir ki, hadisə 14 dekabr tarixində baş verib.
 
Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.
 
Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR