Azərbaycanlı qızlar bu oğlana hücum etdilər - FOTOLAR

MAQAZİN
15:20 07.03.2014
5774

Park Bulvar AVM-də yerləşən Planetariumda "Best Model of World"ün qalibi, ABŞ-da yaşayan model Rüstəm Cəbrayılovun imza günü keçirilib.

AZXEBER.COM-un məlumatına görə "Addım Yaradıcı Gənclər Assosiyasının" təşkilatçılığı ilə keçirilən tədbiri təşkilatın sədri Hüseyn Cavadzadə və telejurnalist Günay Malikqızı açıb.

Daha sonra media nümayəndələri və Rüstəmin sevənlərinin iştirakı ilə 4 saat davam edən imza mərasimi və fotosessiya olub.

Qeyd edək ki, izdihamın çoxluğu təşkilatçıları iki dəfə tədbirin vaxtını artırmağa vadar edib. Xüsusən də modelin qız pərəstişkarları aktivlik nümayiş etdiriblər. R.Cəbrayılova tədbir boyunca fanatlarından maraqlı hədiyyələr alıb.

H.Cavadzadə bildirib ki, başçılıq etdiyi assosiasiya adından göründüyü kimi hər zaman yaradıcılıq və incəsənət sektorunda fəaliyyət göstərən gənclərə dəstək olur: “Əminliklə söyləyə bilərəm ki, Rüstəmin uğurlarını model sahəsində heç bir azərbaycanlı əldə etməyib. Biz mütləq belə həmyerlilərimizə sahib çıxmalıyıq. Çünki o həm öz peşəsi, həm də aktiv fəaliyyəti ilə Azərbaycanı layiqli təmsil edən gəncdir".

Fotolar fotoqraf Zeynal Məmmədli tərəfindən təqdim olunub.

OXŞAR XƏBƏRLƏR