Azərbaycanlı rejissor beynəlxalq film festivalında ölkəmizi təmsil edir.
AZXEBER.COM xəbər verir ki, gənc rejissor Elvin Abdullayev A kateqoriyalı festival olan 14-cü "Euroasia" beynəlxalq film festivalında iştirak edir.
Onun rejissoru olduğu "Xənnas" filmi beynəlxalq festivalda nümayiş olunacaq.
Festivalı Fipresci-nin xüsusi jürisi ve NETPAC da diqqətlə izləyir.
Festivalın fəxri qonaqları "Hollivud"un ulduzları Vincent Cassel və dünya kinosunda öz sözünü demiş Emil Kusturiçadır.
Qeyd edək ki, "Xənnas" filmi bundan öncə "Fecr" festivalında da iştirak etmişdi.
Elvin Abdullayev festival çərçivəsində məşhur dünya ulduzları ilə də görüşüb.