Azərbaycanlı repçi bu ifaya görə həbs olunub? - VİDEO

MAQAZİN
14:25 01.03.2013
4354
“Dado”nu Binəqədi rayonu cəzaçəkmə müəssisəsinə aparıblar.Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Dado” ləqəbli reperin qardaşı deyib.O bildirib ki, dünən qardaşı ilə görüşüb: ““Dado” deyir ki, ona polislər təzyiq göstərib, alçaldır, təhqir edirlər. Əsas məqsədləri isə YPX mahnısının internetden silinməsidir”.Qardaşı həmçinin qeyd edib ki, polislər Dadoya xəbərdarlıq ediblər ki, əgər mətbuata müraciət etsə, gələn dəfə başına başqa oyun açacaqlar.Qeyd edək ki, məşhur reperin qardaşı dünən “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Dado”nun həbsinə səbəb məhz yazdığı “Dado YPX” adlı repidir. Nəsimi rayon məhkəməsinin qərarı ilə Əli Səidə 10 sutka həbs cəzası veriblər.Sözügedən repi bir daha təqdim edirik:

OXŞAR XƏBƏRLƏR