“Star” TV-də yayımlanan “Yetenek sizsiniz” verilişinin azərbaycanlı iştirakçıları münsifləri heyran ediblər.
Axşam.az-ın məlumatına görə, “Nato” adlı rep qrupunun səhnə şousunu münsiflər kürsüsündə oturan aparıcı Acun Ilıcalı, müğənni Hülya Avşar və futbolçu Sergen Yalçın maraqla izləyiblər. Hətta onlar: “Bu, əsl final şousu idi” - deyərək, qrupu tərifləyiblər.“Nato”nun çıxışında ən maraqlı anlardan biri də səhnədə Bakı ilə bağlı çarxın nümayiş edilməsi olub.Azərbaycanlı reperlər 82 faiz səs toplayaraq, finala vəsiqə qazanıblar.