Azərbaycanlı şagirdlər ABŞ-da keçirilən "Dahilərin olimpiadası"nda fərqlənib

İQTİSADİYYAT
15:59 02.07.2019
5960
2019-cu ilin iyun ayının 17-dən 22-dək ABŞ-ın Nyu-York ştatında SUNY Oswego Universitetində IX "Genius olympiad" ("Dahilərin olimpiadası") yarışması keçirilib.

AZXEBER.COM xəbər verir ki, yarışmaya müxtəlif layihələr üzrə 79 ölkədən şagirdlər qoşulub.

Tədbirdə Azərbaycanı təmsil edən Gəncə şəhərininin IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev iştirak edərək fərqlənmə diplomuna layiq görülüb. Qeyd edək ki, 2800 nəfər iştirakçıdan yalnız 240 nəfəri fərqlənmə diplomu ilə təltif olunub.

Finalçılar olimpiadasına təqdim olunmuş 1469 layihədən 789 layihə qəbul olunan bu yarışmada şagirdlərimizin təqdim etdiyi "Biznes" kateqoriyası üzrə "RoboAqrar" layihəsi qəbul olunmuş layihərdən biri idi.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR