Azerbaycanlı şairin mahnısı Türkiye mediasında

MAQAZİN
10:55 03.03.2015
1533
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın "Qarabağın səsi" mahnısına Türkiyə mediasında geniş yer ayrılıb.
AZXEBER.COM xəbər verir ki, sözləri Cəlal Qurbanova, musiqisi Tünzalə Ağayevaya məxsus olan mahnı Türkiyənin ən nüfuzlu qəzeti olan "Hürriyet"də yayımlanıb.
"Azeri müzisyen Karabağ için şarkı yazdı" başlıqlı xəbərdə mahnının sosial mediada böyük həvəslə qarşılandığı və bir neçə dilə tərcümə edildiyi qeyd olunub.
Xəbərdə həmçinin qeyd olunub ki, mahnı Mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.
Qeyd edək ki, bu xəbər "Hüriyyet"le yanaşı Türkiyənin ən nüfuzlu xəbər portallarından olan "haberler.com" və bir çox saytında da işıqlandırılıb.
OXŞAR XƏBƏRLƏR