Rostovda satıcı ondan şaurmanı (Şərq fast-fudası) pulsuz tələb edən kişini öldürüb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisənin şahidləri danışıblar ki, noyabrın 19-da, gündüz, bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib.
Qalmaqal səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.
Alıcının israr etdiyini görən satıcı- Azərbaycandan olan 26 yaşlı Aslan Sadıx ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb.
Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib.
Polis hazırda cinayətkarı axtarır. (virtualaz.org)