Azərbaycanlı seksual aparıcıdan yeni xəbər

MAQAZİN
17:40 04.10.2013
2106

Son vaxtlar səhhətindəki problemlərlə gündəmə gələn "Lider" telekanalının aparıcısı Zemfira Adıgözəlovadan yeni xəbər var.Axşam.az-ın məlumatına görə, səhhəti ilə bağlı yayılan xəbərlərin yalan olduğunu söyləyən aparıcı özünü çox yaxşı hiss edir.O, yaxın günlərdə yeni layihələrlə ekrana qayıdacağını bildirib:

“Bu yay bərk soyuqlamışdım, buna görə müalicə aldım. Dərmanların təsirindən bədənimdə bir az şişkinlik oldu. Bunuda böyütdülər ki, boğazımda şiş tapılıb, ağır xəstəyəm. Yalan söhbətdir, səhhətim çox yaxşıdır. Hətta işlərimin başındayam.Yeni fotosessiya hazırlayıram. Bir də layihəm var. Yenə də "Lider telekanalında olacaq. Şou xarakterli bir verilişdir”.

Zemfira seriallara dəvət aldığını da bildirib. Amma aparıcı heç bir ekran işində çəkilməyəcəyini söyləyib:

“Ya ssenari ürəyimcə olmur, ya da yaradıcı kollektivi bəyənmirəm. Bizdə hələ də yüksək keyfiyyətli iş ortaya qoymurlar. Hələ ki, Azərbaycanda məni qane edən, xarici standartlara cavab verən ekran işi görməmişəm.Bəlkə də bu maddiyatla əlaqədardır. Əgər türk seriallarına sərf olunan məbləğin yarısı bizim üçün ayrılsa keyfiyyətli iş ortaya qoya bilərik”.

OXŞAR XƏBƏRLƏR