Uzun zamandır efirlərdən uzaq düşən teleaparıcı Zemfira Adıgözəlovadan xəbər var.
AZXEBER.COM xəbər verir ki, teleaparıcı ilk olaraq sia-ya səhhətində yaranan problemlərə görə, hər şeydən uzaqlaşdığını deyib: “Bir müddət bundan öncə bədənimdə şişlər əmələ gəlmişdi. Buna görə də həkimə müraciət etməli oldum. Xeyli sistemlər köçürüldükdən və iynələr vurulduqdan sonra səhhətim normallaşdı. İndi də həkimlər boğazımda şiş tapıblar. Hazırda ona görə müalicə alıram. Amma ciddi bir şey yoxdur. Özümü yaxşı hiss edirəm”. Qeyd edək ki, teleaparıcı Zemfira Adıgözəlova oktyabr ayında yeni layihə ilə sevənlərinin görüşünə gələcək.