Xalq artisti Flora Kərimova və estrada müğənnisi Rövşən Civişov Hollandiyada konsert proqramı ilə çıxış edəcəklər.AZXEBER.COM-un məlumatına görə, konert bazar günü - 13 apreldə "Beniluks Azərbaycanlılar Kongresi"nin yeni yaradılmış 2 təşkilatının təqdimetmə mərasimindən sonra bas tutacaq.Hazırda hər iki təşkilatda - "Brabant Əyaləti Azərbaycanlılar Məclisi" və "Simali Hollandiya Azərbaycanlılar İttifaqı"nda təqdimetmə mərasiminə ciddi hazırlıqlar gedir.Təqdimat mərasiminin rəsmi hissəsindən sonra xalq artisti Flora Kərimova və tanınmış müğənni Rövşən Civişovun mərasim iştirakçıları qarşısında konserti baş tutacaq.Mərasimdə iştirak edənlər arasında Azərbaycan və Türkiyə diasporunun üzvləri, diplomatlar, rəsmilər, mətbuat və yerli xalqın nümayəndələri olacaq.