Azərbaycanlı SEPAH-çı qızının gözü önündə güllələndi

Azərbaycanlı SEPAH-çı qızının gözü önündə güllələndi
SOSİAL
16:18 28.06.2017
1861
İranın Qərbi Azərbaycan əyalətində PKK terror təşkilatının İran qanadı sayılan "Pjak" kürd yaraqlıları azərbaycanlı SEPAH-çı Mustafa Firdovsini ailə üzvlərinin gözü qarşısında qətlə yetiriblər.

Hadisə İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt məntəqəsində baş verib. Bir qrup "Pjak" üzvü Poldəştin Zakirlu kəndinə daxil olaraq, SEPAH-ın bölgədəki özəl qüvvələrində çalışan Mustafa Firdovsinin yaşadığı mənzilə silahlı basqın edib.

Onlar odlu silahlardan 10 dəfə atəş açaraq SEPAH-çını qızı və həyat yoldaşının gözləri önündə öldürüblər və dərhal hadisə yerindən qaçıblar.

Maku şəhər SEPAH-ı qatillərin axtarışı üçün əməliyyatlara başlanıldığını açıqlasa da, Mustafa Firdovsinin kimliyi və hadisənin detalları haqda məlumat yaymayıb.

///axar.az
OXŞAR XƏBƏRLƏR