Azərbaycanlı sürücü İstanbulda ağır qəza törətdi - 12 maşınla toqquşdu

Azərbaycanlı sürücü İstanbulda ağır qəza törətdi - 12 maşınla toqquşdu
SOSİAL
14:30 07.04.2018
6544
İstanbulda azərbaycanlı sürücüyə məxsus yük maşını idarəetməni itirərək 12 avtomobillə toqquşub.

AZXEBER.COM "Qafqazinfo"-a istinadən xəbər verir ki, baş verən texniki nasazlıqla bağlı sürücü Azər Əliyev yük maşınını yolun kənarında saxlayaraq onu təmir etməyə çalışıb. Bu zaman avtomobil  hərəkət etməyə başlayıb və yük maşınının altında qalan sürücü yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Arxaya doğru sürüşən yük avtomobili isə hərəkət halında olan 12 maşınla toqquşub. 

11:05

İstanbulda yanacaqdaşıyan maşın aşıb.

İstanbulun mərkəzi küçələrinin birində yanacaqdaşıyan maşın aşıb.
 
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində sürücü və daha bir nəfər xəsarət alıb.

Məlumata görə, qəza ilə əlaqədar ümumilikdə 12 avtomobil ziyan görüb.

Hadisənin baş verdiyi küçə hərəkət üçün bağlanıb.
OXŞAR XƏBƏRLƏR