Azərbaycanlı təhsil işçiləri Haliç Universitetində - FOTOLAR

Azərbaycanlı təhsil işçiləri Haliç Universitetində - FOTOLAR
SOSİAL
15:06 21.11.2023
158
"İslahatçı Gənclər” İctimai Birliyi, "Edu Time” Təhsil və İnkişaf Mərkəzi və "Peak Network"un təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramı baş tutub. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan - Türkiyə Təhsil İşçilərinin II Peşə - Təcrübə Proqramının iştirakçıları Haliç Universitetini ziyarət ediblər. 

İştirakçılar ilk olaraq universitetin maddi-texniki bazası ilə tanış olublar.

Onları daha sonra Haliç Universitetinin Genel Sekreteri Burak Başkan qəbul olub. 

O universitet haqqında geniş məlumat verib. Başkan bildirib ki, bu cür tədbirlər iki ölkə arasındakı qardaşlıq münasibətlərini daha da gücləndirir. Daha sonra universitet rəhbərliyi Azərbaycandan gələn heyətlə yaxından tanış olub. 

Azərbaycanlı təhsil işçiləri ölkədə həyata keçirilən təhsil islahatları haqda məlumat veriblər.

Daha sonra universitetin müəlliimi Hatice Gökçe Bal "XXI əsrdə təhsil idarəçiliyi” mövzusunda təlim keçib. 

Sonda iştirakçılara beynəlxalq sertifikat təqdim edilib.

Görüşün sonunda xatirə şəkli çəkilib:

 

 

 

 







OXŞAR XƏBƏRLƏR