Azərbaycanlı teleaparıcı: ''O qız mənə evlilik təklifi etdi!''

MAQAZİN
09:15 13.11.2012
3769
Azərbaycan televiziyasının tanınmış və sevilən kişi aparıcılarından biri olan İlkin Həsəni, təkcə gözəl aparıcılıq qabiliyyəti ilə deyil, xarizması ilə də xanımlar tərəfindən çox bəyənilir. Aparıcı xanımlar tərənfindən sevildiyi üçün daha çox xanımlarımıza maraqlı olan sualları cavablandırıb.Təbəssümü yoxdursa, o gözəllik mənim üçün kölgədə qalır.- Sizin üçün ideal qadın obrazı necədir?- Hər bir kişinin öz aləmində canlandırdığı ideal bir qadın obrazı var. İdeal dedikdə, deməli, hər şeyin yaxşısı və gözəli o insanda birləşməlidir, məndə də elədir… Amma bütün bu yaxşıların üstünə bir şeyi də əlavə edərdim, TƏBƏSSÜM və bu təbəssümdə yanaqlarda əmələ gələn batıqlar! İstəyir dünya gözəli olsun, amma təbəssümü yoxdursa, o gözəllik mənim üçün kölgədə qalır.- Hansı tip qadınları bəyənirsiniz?- Xarici görkəmdən danışırıqsa, boyu mənim boyumdan hündür olmamalıdır. (mənim boyum 1.72-dir). Yuxarıda qeyd etdiyim kimi yanaqlarında mütləq şirin bir batıq olmalıdır (gülür).Lakin daxili aləmindən söhbət gedirsə, o xanım qeybətdən uzaq durmalıdır. Başqa gözəl xanım görəndə isə “Nə gözəldir” deməyə cürəti çatmalıdır.- Qadının hansı hərəkəti sizin diqqətinizi çəkə bilər?- Qadının mənə qarşı olan diqqətsizliyi, biganəliyi və soyuq davranışı diqqətimi çəkə bilər. Çünki hər zaman istəmişəm ki, xoşuma gələn və bəyəndiyim birisi mənə diqqət yetirsin! Belə olmayan halda isə özümü narahat hiss edirəm…- Sevə biləcəyiniz xanımda hansı xüsusiyyətlər olmalıdır?- Sevə biləcəyim qadın, ilk növbədə, “psixoloq” olmalıdır. Məni hərtərəfli kəşf etməli və öyrənməyi bacarmalıdır. Ona qarşı biganə olduğum anlarda məndən inciməməli, əksinə problemin kökünü axtarıb-araşdırmalıdır. Həmçinin süni qısqanclıqlardan uzaq olmalı, türk seriallarına baxmamalı və anamın bişirdiyi yarpaq dolmasını bişirə bilməlidir. Vəssalam (gülür)!- Hündürdaban ayaqqabı geyinən, yoxsa daha çox düz ayaqqabılara üstünlük verən qadınları bəyənirsiniz? Səbəbi?- Bir qadın hündür ayaqqabılarda normal şəkildə yeriyə bilirsə, şarmını və geyimini tamamlaya bilirsə, bəyənirəm, həm də tərəfdarıyam! Səbəbi isə qadının daha seksual görünməsidir.- Siz qadınların hansı geyim tərzini bəyənirsiniz?- Mən qadınların düzgün geyinməsini daha çox bəyənirəm və bunun tərəfdarıyam. Bahalı və ya ucuz, butikdən və ya Sədərəkdən alınmasının məmin üçün heç bir fərqi yoxdur. Əsas odur ki, rənglər və formlar bir-birə uyğun gəlsin. Ziyafət geyimi ilə gündəlik geyimi səhv salmaq olmaz. Xanımlara onu da demək istərdim ki, gündəlik geyimlərini bir az rəngarəng etsinlər, qara və boz rənglərdən bir az uzaq olsunlar.- Fikrinizcə, Azərbaycan xanımında hansı xüsusiyyətlər olmalıdır?- Azərbaycan xanımının özünəməxsus xüsusiyyətləri var və düşünürəm ki, heç bir əlavəyə ehtiyac yoxdur! Əsrlərlə qorunub saxlanılan alicənablılıq, valideynlərinə və həyat yoldaşına hörmət, övladlarına sevgi… Bax bütün bunların hamısı əladır! Lakin bu xüsusiyyətlərə mən bir az da sərbəstlik əlavə edərdim. Xanımlara bir az sərbəstlik verin!- Bir xanım hansı davranış tərzi ilə özünü sizə sevdirə bilər?- Tarix göstərib ki, diqqət görən hər kəs qarşı tərəfə vurula və sevə bilər. Bir az diqqətli olsun, müəyyən vacib tarixləri yadda saxlasın və kişinin G nöqtələrini kəşf etsin.- Glamur qızlara münasibətiniz?- Onlarsız bir günümüz olmasın (gülür). Onlara qarşı münasibətim normaldır, lakin bəzən glamurluğun sərhədlərini keçirlər. Bu zaman onlar çox gülməli görünürlər. Bu sərhədləri keçməmək arzusu ilə glamur xanımlara gözəl həyat arzu edirəm!Qürurum o damcının yerə düşməsinə imkan verməyib!- Sizi bu günə kimi hansısa qız ağladıb?- YOX! Gözlərim yaşarıb, dolub amma qürurum o damcının yerə düşməsinə imkan verməyib.- Xanımların makiyaj etməsinə necə baxırsınız?- Hamı kimi mən də hədsiz makiyajı bəyənmirəm. PİS! Hər şeyin normadan artığı pis görünür. Ona görə də əziz xanımlar, geyiminizdə olan rənglər kimi, makiyajınıza diqqət edin.- Ümumiyyətlə, makiyaj edən, yoxsa - təbii və makiyajsız xanımları bəyənirsiniz? Səbəbi?- Çox insan deyir ki, təbii gözəlliyə üstünlük verir. Lakin həmin xanım bir az makiyaj edəndə əvvəlkindən daha gözəl görünür. Ona görə də mənim seçimim normada makyaj edən xanımlardır.- Qız fanatlarınızın məktubları çox olur və məktublarda sizə nə cür etriflar edirlər?- Əvvəl bu məktublar sevgi etirafları şəklində gəlirdi. Məktublar daha çox işlədiyim yerə, ATV kanalına göndərilirdi. İndi isə Facebook poçtalyonun çörəyinə bais olub. Yəni məktublar Facebook-a gəlir. Əvvəllər etiraflar bir az mədəni və üstüörtülü şəkildə gəlirdi. İndi isə hətta “mənimlə evlənərsən?” kimi mesajlar yazırlar. Bu yaxınlarda da belə bir hadisə olmuşdu. Facebookda bir qız mənə evlənmə təklifi etmişdi. Belə mesajları əsasən, kiçik yaşda olan qızlar göndərirlər. Düşünürəm ki, bunu normal qarşılamaq lazımdır. Çünki yaşları ilə əlaqədar bir şeydir. İnşallah, böyüyüb ağıllanarlar.- Sizə bu günə qədər qarşı cinsin nümayəndəsi tərəfindən şeir həsr olunub?- Qızlar tərəfindən tez-tez sevgi şeirləri alıram. Şeirlər adımın və soyadımın baş hərflərinə uyğun yazılır. Mənə göndərilən bütün şeirləri maraqla oxuyuram.- Xəyanət edən kişi bağışlanılmalıdır?- Əslində, bu kainatda xəyanət etməyən kişi yoxdur. Sadəcə, bunu gizli saxlaya bilməyənlər var. Təbii ki, xəyanətin növləri də var. Biri var ki, bir dəfə xəyanət edəsən, bir də var ki, dəfələrlə və daima xəyanət edəsən… Düşünürəm ki, birincisini hardasa bağışlamaq olar, ikincisinə isə söz deyə bilməyəcəm, çünki kişi həmrəyliyi imkan vermir.
//Publika

OXŞAR XƏBƏRLƏR