Azərbaycanlı teleaparıcı yatağa düşdü - FOTO

Azərbaycanlı teleaparıcı yatağa düşdü - FOTO
11:43 26.02.2013
1787

Tanınmış diktor səhhəti haqda danışdı.

Milli.Az əməkdaşının telefon zənginə cavab verən AZTV-nin tanınmış diktoru Ofeliya Sənani səhhətində ciddi problemlərin olmadığını bildirib: “Allaha şükür, heç bir ciddi xəstəliyim yoxdur. Bu sadəcə qripdir. Yaşlı insanlar adi qripi bir az pis keçirirlər. İndiki qripləri istər böyüklər, istərsə də uşaqlar pis keçirirlər. Mənim nəvəm də adi qripə tutulmuşdu, çox gec sağaldı. Bir də gərək insan özünü soyuqdan qorusun. Elə olur ki, özümü soyuğa verirəm, qoruya bilmirəm. Tamaşaçılarıma demək istəyirəm ki, narahat olmasınlar. Həmişə sağlam qalsınlar, xəstələnməsinlər. Zənginiz üçün təşəkkür edirəm”.

OXŞAR XƏBƏRLƏR