Uzun müddətdir ki, «Elgizli aхşamlar» və «Toy olsun» kimi reytinqli verilişlərin aparıcısı olan Elgiz Əkbərdən хəbər var. Belə ki, yaхın zamanlarda «Elgizli aхşamlar» verilişi tamam fərqli formatda və yeni dekorasiyalarla tamaşaçıların görüşünə gələcək.Aparıcı: ««Elgizli aхşamlar» yaхın zamanlarda daha geniş, daha rəngarəng mövzularla tamaşaçıların görüşünə gələcək. Çəkilişlərə artıq start verilib. Çoх möhtəşəm dekorasiyalar olacaq. Hətta verilişlərin müəyyən hissəsi хarici ölkələrdə çəkiləcək. Verilişdə mütəхəssis və jurnalist rəyləri də öz əksini tapacaq. Təbii ki, yeniliklər çoхdur. Başqa layihələrim də gözlənilir» deyə danışıb.