Azərbaycanlı tələbəni öldürənə 19 il HƏBS CƏZASI verildi

KRİMİNAL
19:02 29.10.2021
657
Rusiyanın Volqaqrad vilayət məhkəməsi Azərbaycan vətəndaşı Timur Qabrilovu öldürməkdə təqsirli bilinən Vitali Vasilyevi 19 il müddətinə azadlıqdan məhrum edib.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, 2020-ci ilin iyununda Vasilyev Volqaqrad Tibb Universitetinin tələbəsi Qabrilovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.

Qətlin səbəbi Vasilyevin gəlmələrə nifrəti olub.

OXŞAR XƏBƏRLƏR