Azərbaycanlı və erməni gənclər görüşdü

GƏNCLİK
14:19 15.08.2012
2087
11-12 avqust 2012-ci il tarixində Beynəlxalq Avropa Hərəkatının təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tibilisi şəhərində müzakirə təşkil olunub. Müzakirələrdə Qafqaz regionunda konfiliktlərin sülh yolu ilə həll edilməsi yolları barəsində fikirlər dinlənilib. Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Hərəkatının nümayəndələri əsas iştirakçi olaraq iştirak edib. Qeyd edək ki, Azərbaycanı bu konfransda AAH-nın Prezidenti Ramin Hacılı, hərəkatın İdarə Heytənin üzvü Xalisə Şahverdi və Azərbaycan Avropa Hərəkatının inteqrasiya komitəsinin rəhbəri Zinəddin Babayev təmsil edib. Analoji olaraq Gürcüstandan və Ermənistandan konfransda Beynəlxalq Avropa Hərəkatının ordakı nümayəndəliklərində təmsil olunan rəhbər şəxslər iştirak edib. Avropadan isə Konfransa Beynəlxalq Avropa Hərəkatın baş katibi Dieqo Pinto, siyasi komitənin rəhbəri və digər rəsmi şəxslər qatılıb. Qeyd edək ki, növbəti belə görüşün bu ilin noyabr ayında Bakıa keçirilməsi qərara alınıb.

OXŞAR XƏBƏRLƏR