Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Beynəlxalq Gənclər Forumu öz işinə start verib.
AZXEBER.COM-u verdiyi xəbərə görə, açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayev bu səpkili forumların əməkdaşlığın daha sıx müzakirəsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb etdiyini deyib:“Fikir mübadilələrinin aparıldığı bu forum yeni layihə və ideyaların gerçəkləşməsinə təkan verir”.Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.Noyabrın 28-dək davam edəcək foruma Azərbaycan 50 nəfərlik nümayəndə heyəti ilə qatılıb.Xatırladaq ki, 2011-ci və 2012-ci illərdə “Yeni nəsil: sərhədsiz məsuliyyət” Beynəlxalq Gənclər Forumu (I və II) Bakı şəhərində keçirilib.