Aygün Əliyeva Türkiyədə keçirilən beynəlxalq hüquq konqresində ölkəmizi təmsil edir

Aygün Əliyeva Türkiyədə keçirilən beynəlxalq hüquq konqresində ölkəmizi təmsil edir
SOSİAL
17:24 21.05.2022
425
Türkiyənin Konya vilayətində İslam Dünyası Hüquqşünaslar Birliyinin Beynəlxalq Hüquq Konqresi keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, tədbir Beynəlxalq Hüquqşünaslar Birliyinin (UHUB) təşkilatçılığı, Konya şəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.
 
Konqresdə ölkəmizi Azərbaycan Vəkillər Kollegiyası və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva, UHUB-un, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Emin Zeynalov və hüquqşünas Ayşən Əkbərli təmsil edirlər.
 
Ümumilikdə 40 ölkədən 250 hüquqşünasın iştirak etdiyi tədbirdə həmvətənimiz "Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüquq və insan haqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib.
Konqres "Avrasiya”, "Asiya”, "Sakit Okean”, "Afrika” və "Qlobal Ədalətə Çağırış” mövzularında beş sessiya ilə davam edir.
 
"Avrasiya” sessiyasında Azərbaycanı təmsil edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva "Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüququn və insan haqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib.
 
Bununla bağlı AZƏRTAC-a açıqlama verən Aygün Əliyeva ölkəmizi təmsil etməkdən qürur hissi duyduğunu deyib: "İslam Dünyası Hüquq Konqresində "Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüququn və insan haqlarının pozulması” mövzusunda təqdimatla çıxış etdim. Beynəlxalq platformada ümumbəşəri ədalətə çağırış edərək ölkəmizi təmsil etmək və Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq çox qürurvericidir.
 
Yekun olaraq bunu vurğulamaq istəyirəm ki, Beynəlxalq Hüquqşünaslar İttifaqının Baş Assambleyasında qurumun İdarə Heyətinin üzvü seçildim və bu, mənim üçün böyük şərəfdir”.
Qeyd edək ki, bu il mayın 19-da Beynəlxalq Hüquqşünaslar İttifaqının Baş Assambleyasında keçirilən seçki nəticəsində Azərbaycan və Türkiyədə hüquqşünas kimi fəaliyyət göstərən həmyerlimiz Aygün Əliyeva İdarə Heyətinin üzvü seçilib.

OXŞAR XƏBƏRLƏR