Bu şəkillər çox danışılacaq. Milli.Az-ın fotokamerası çəkiliş meydançasında ATV telekanalının populyar simalarından biri kimi tanıdığımız Günay Firudinqızını görüntüləməyə müvəffəq olub. Öz istəyi ilə kamera qarşısına keçən Günay verdiyi cəsarətli pozaları ilə gözəlliyini nümayiş etdirdi. Söhbət əsnasında öyrəndik ki, o, dünyaca məşhur şirkətlərdən birinin reklam siması seçilib. “Yandırıb-yaxan” imicini də məhz məhsulun tanıtımı zamanı özününküləşdirib. Qeyd edək ki, xanım Firudinqızı hazırda fəaliyyətini hər buraxılışı qalmaqallara səbəb olan “ATV Maqazin” verilişinin redaktoru və rejissoru kimi davam etdirir.