Azərbaycanlı yazıçı koronavirusdan vəfat edib – FOTO

Azərbaycanlı yazıçı koronavirusdan vəfat edib – FOTO
SOSİAL
15:38 21.03.2021
2433

Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında onun oğlu, yazıçı Alpay Azər deyib.

O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik”.

Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.
 

 


OXŞAR XƏBƏRLƏR